SON XƏBƏRLƏR

"Türkün yolu Zəngəzurdan keçir"-Çavuşoğlu Kılıçdaroğluna cavab verdi

2023.05.09, 14:51
"Türkün yolu Zəngəzurdan keçir"-Çavuşoğlu Kılıçdaroğluna cavab verdi

Gunaz.tv

Modern.az xəbər verir ki, bu barədə o, Antalyada keçirilən görüş zamanı danışıb.

Nazir qeyd edib ki, Kılıçdaroğlunun, digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var: "Biz qardaşlarımızla bərabər şərq-qərb orta dəhlizindən bəhs edirik. Yəni türk dövlətlərindən gələn Xəzərdən keçən dəhliz.

Onlar bütün bunlardan yan keçir, tamam başqa bir marşrut yaradırlar".

"Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm. Tarixdən bu yana CHP-li zehniyyətin azərbaycanlı qardaşlarımızla bir dərdi var. Boraltan körpüsü hadisələrini xatırlayın. Bunlar Azərbaycan Qarabağı azad etmək üçün mübarizə aparanda “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” dedilər”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, Kılıçdaroğlunun bir neçə gün əvvəl təqdim etdiyi xəritə narazılıqlara səbəb olub. Onun "Türk yolu" adlandırılan layihəsində Türkiyədən Çinə gedən yolun Azərbaycandan keçməməsi tənqid edilib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar