SON XƏBƏRLƏR

Təbrizdə dəhşətli intihar: Özünü körpüdən atan gəncin üzərindən avtomobil keçdi

2023.05.09, 15:50
Təbrizdə dəhşətli intihar: Özünü körpüdən atan gəncin üzərindən avtomobil keçdi

Gunaz.tv

Yerli medianın yazdığına görə, o körpüdən tullandıqdan sonra avtomobil gəncin üstündən keçib.

İntihar edən şəxsin kimliyi və hadisənin səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, rəsmi statistikaya görə, İran intihar sayına görə islam ölkələri arasında üçüncü, dünyada isə əlli səkkizinci yerdədir. 

Xüsusilə son illər İranda intihar sayı kəskin artıb və bu bütün yaş qruplarına mənsub vətəndaşlar arasında özünü göstərir.

Məişət problemləri ilə yanaşı intihar sayının artmasında fərdi azadlıqların məhdudluğu, gələcəyə ümidsizlik və depressiv problemlərin çoxalması əhəmiyyətli dərəcədə rol oynayır.

Bir müddət bundan öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama  25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar