SON XƏBƏRLƏR

“Ukraynanın NATO-ya üzvlüyü müsbət həll ediləcək”-Politoloq

2023.05.10, 12:50
“Ukraynanın NATO-ya üzvlüyü müsbət həll ediləcək”-Politoloq

Gunaz.tv

Politoloq bildirib ki, NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb:

“Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsindəki təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədirlər. NATO Əfqanıstandakı əməliyyatda da iştirak edirdi. NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir. 

NATO uzaq Yaponiyada ofis açmaq qərarını verib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bununla bağlı açıqlama verərək NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını deyib. 

“NATO-nun Asiya-Sakit Okean regionunda daim şərqə doğru genişlənməsi, regional işlərə müdaxilə, regional sülh və sabitliyi pozmaq cəhdləri, blokların qarşıdurması istəyi region ölkələrindən sayıqlığın artırılmasını tələb edir”, - deyə o, brifinq zamanı bildirib. 

Onun sözlərinə görə, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”. NATO Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün Yaponiyada ilk əlaqə ofisini açmağı planlaşdırıb”. 

Politoloq deyib ki, Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücüylə əlaqəlidir. 

“Rusiya və Çin həm quruda, həm də okean və dənizlərdə birgə hərbi təlimlərin sayını artıbılar. Bu fəallığa NATO seyrçi qalmaq istəmir”-deyə, Elxan Şahinoğlu bildirib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar