SON XƏBƏRLƏR

Tehran universitetinin dünyanın elmi məlumat bazalarına girişi kəsilib

2023.05.12, 16:15
Tehran universitetinin dünyanın elmi məlumat bazalarına girişi kəsilib

Gunaz.tv

Azvision.az xəbər verir ki, bu barədə Tehran universitetinin elmi-tədqiqat işləri üzrə prorektoru Mehdi Fekur “Mehr” xəbər agentliyinə müsahibəsində bildirib.

O, bəzi problemlərin aradan qaldırıldığını bildirsə də, məsələnin hələ tam şəlkildə həllini tapmadığını deyib.

“Son aylarda məzənnənin artması səbəbindən Tehran Universitetinin ümumi borcları 2018-ci ildən bu yana 60 milyard tümənə çatıb. 

Borcun az olduğu bir sıra məlumat bazalarına girişin dəyəri ödənilib, lakin bu saytların bəzilərinə tədqiqatçılar üçün hələ də giriş yoxdur.

Bu sahələrdə məqalələrin əlçatanlığı daha çətin olduğundan humanitar elmlər, sosial və davranış elmləri tədqiqatları ilə əlaqəli saytlara girişi təmin etmişik” - Fakur qeyd edib.

Elm nazirliyinin tədqiqatlara dəstək ofisinin keçmiş baş direktoruna istinad edən "Mehr" agentliy bildirib ki, universitetlərin elmi bazalara borcu 9-cu hökumətdən və valyuta məzənnələrinin dəyişməsi ilə başlayıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar