SON XƏBƏRLƏR

"Rusiyada Güney Qafqazdakı durumu müzakirə etdik"-Çavuşoğlu

2023.05.13, 16:24
"Rusiyada Güney Qafqazdakı durumu müzakirə etdik"-Çavuşoğlu

Gunaz.tv

Bu barədə apa xəbər yayıb. 

“Rusiyaya səfərim zamanı ikitərəfli görüşlərdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik”-deyə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kanal V-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan məsələsini dəyərləndiriblər: “Xüsusilə Suriya məsələsi əsas müzakirə mövzumuz idi. 

"Görüşlərdə Türkiyədəki seçkilər müzakirə edilməyib”.

Nazir "F-35" proqramı üzrə Türkiyənin ödədiyi vəsaitin geri qaytarılmasından danışıb:

“Biz artıq "F-35" proqramı üzrə ödədiyimiz vəsaiti geri istəyirik”.

Nazir bildirib ki, bu vəsaitin bizə iadə edilməsini istəyirik: “Hərbçilərimiz məsələ ilə bağlı müzakirə aparırdı. Bundan sonra atacağımız addımları gözdən keçirdik və birlikdə bu istiqamətdə mübarizə aparacağıq. Ödədiyimiz vəsaiti geri versinlər.

Biz “başımızın çarəsi”nə baxırıq. Konqresdən müsbət rəyin çıxıb-çıxmayacağını gözləmək istəmirik.

Burada 1,4 milyard dollar vəsaitdən söhbət gedir”.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar