SON XƏBƏRLƏR

"Mühüm addımdır"-Ağ Ev Brüssel görüşünə dəstək verdi

2023.05.16, 09:20
"Mühüm addımdır"-Ağ Ev Brüssel görüşünə dəstək verdi

Gunaz.tv

"Üçtərəfli görüş irəliyə doğru mühüm addımdır". Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“ABŞ bu danışıqlarda iştirak etməyib. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq hesab edirik ki, bunlar irəliyə doğru mühüm addımlardır. Fikrimizcə, Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür", - deyə Patel bildirib.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. 4 saat davam edən görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar