SON XƏBƏRLƏR

Bayden adminstrasiyası İranla bağlı məxfi toplantı keçirəcək

2023.05.16, 11:48
Bayden adminstrasiyası İranla bağlı məxfi toplantı keçirəcək

Gunaz.tv

Nəşrin yazdığına görə, Amerika dövlətinin bir neçə yüksək vəzifəlisi Bayden hökumətinin İran barədə senatorlara bir sıra vacib açıqlamaların verilməsi üçün ilk məxfi iclasını keçirəcəyini bildirib. 

Senatın demokrat yetkilisi “İranla nüvə danışıqlarında irəliləmə olduğunu” deyib.

O, bildirib ki, xarici işlər nazirinin müavini Vendi Şerman da bu iclasda iştirak edəcək.

Vendi Şerman Tehranla nüvə danışıqlarının son durumu barədə Senatda açıqlama verəcək. 

CZcDGf7.jpg

Mayın 16-ı Amerika vaxtı ilə saat 4-də "Kapital Hil"də keçiriləcək bu iclasda müdafiə nazirinin müavini Kolin Kohl, Milli İnformasiya Mərkəzinin müdir müavini Morqan Moyer, terrorizm və maliiyyə informasiyası işləri üzrə maliyyə nazirinin müavini Brayan Nelson, habelə Ortaq Qərargahın strategiya, siyasətlər və proqramlar üzrə rəsi Estiven Kohler də iştirak edəcək.

Qeyd edək ki, bu toplantı Senatda respublikaçıların rəhbəri Miç Mek Konelin açıqlaması ilə eyni vaxta təsadüf edir.

Miç Mək Konel bir neçə aydır ki, Konqredə Baydenin prezidentliyi ərzində İran İslam Respublikasından təhdidlərin artması barədə dəfələrlə açıqlama verib.  

Mək Konel İranın hədələrinin artmasına nümunə olaraq Suriyada İrana bağlı qrupların hücumu nətisəsində bir amerikalı podratçının ölməsini xatırladıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar