SON XƏBƏRLƏR

ABŞ qalib gəlməsi üçün Ukraynanı silahla təmin edir-Pentaqon

2023.05.17, 09:26
ABŞ qalib gəlməsi üçün Ukraynanı silahla təmin edir-Pentaqon

Gunaz.tv

"ABŞ administrasiyası Ukraynanı münaqişədə qalib gəlməyə imkan verəcək silahlarla təmin edir". 

APA-nın məlumatına görə, bu fikirləri çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Senatdakı dinləmələrdə nazirə Vaşinqtonun Kiyevi qələbə çalmaq və münaqişəni dayandırmaq üçün lazım olan silahlarla təmin edib etmədiyi barədə sual verilib.

“Bəli, mən belə düşünürəm. Ukraynanın müdafiə nazirinin demək olar ki, hər həftə danışdıqları budur. 

Təbii ki, biz hər ay 50-yə yaxın ölkənin müdafiə nazirləri ilə görüşür və onlarla Ukraynanın ehtiyaclarını müzakirə edirik”, - deyə nazir cavab verib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar