SON XƏBƏRLƏR

İran əhalisinin sayı açıqlandı

2023.05.17, 14:19
İran əhalisinin sayı açıqlandı

Gunaz.tv

Onun sözlərinə görə, İranda əhalinin təxminən 24 faizi 15 yaşa qədər uşaq və yeniyetmələr, 25 faizi 15-29 yaş arası gənclər, 44 faizi orta yaşlılar, qalanları isə 65 yaşdan yuxarı ahıllardan ibarətdir.

Qeyd edək ki, son illər İranda əhalinin sürətlə qocalması barədə xəbərdarlıqlar edilir.

İran Səhiyyə Nazirliyinin Gənclər şöbəsinin müdiri Sabir Cabbari İranın son demoqrafik durumu ilə bağlı narahatlığını ifadə edib.

"Hazırda biz ölkədə qocalma böhranı ilə üz-üzəyik və bunun qarşısını almaq üçün çox vaxtımız yoxdur"-deyə, Cabbari bildirib.

O, problemlə bağlı Səhiyyə Nazirliyində qərargah yaradıldığını, hər həftə məsələ ilə bağlı müzakirələr aparıldığı və həll yolları axtarıldığını deyib.

Cabbari bildirib ki, analoji qurumların ölkənin bütün tibb universitetlərində formalaşdırılması nəzərdə tutulur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar