SON XƏBƏRLƏR

İranla nüvə danışıqları yenidən başlaya bilər

2023.05.17, 15:20
İranla nüvə danışıqları yenidən başlaya bilər

Gunaz.tv

Xatırladaq ki, Hərtərəfli Ortaq Hərəkətlər Planı (The Joint Comprehensive Plan of Action) adlanan İranla nüvə danışıqlarında iştirak edən Avropa təmsiliçisinin təklifi ilə təmaslar 2022-ci ilin avqust ayında dayandırılıb.

Danışıqlar İranla dünya gücləri arasında o cümldən Amerika ilə aparılırdı.

İran Məclisinin Milli Təhlükəszilik Komissiyasının üzvü Şəhriyar Heydəri dayandırılmış danışıqların qarşıdakı günlərdə yenidən başlana biləcəyini deyib.

“Amerika və Avropa ölkələri tərəfindən bizə göndərilən mesajları nəzərə alsaq deyə bilərik ki, tezliklə Hərtərəfli Ortaq Hərəkətlər Planı danışıqlarının bərpası üçün danışıqlar başlana bilər”-deyə, Heydəri əlavə edib. 

“Amerika cəhd edir ki, danışıqlar onların xeyrinə çoxlu imtiyaz əldə edilməklə nəticələnsin, lakin bizim ziyanımıza olsun”-deyə, Şəhriyar Heydəri vurğulayıb.

“Onlar bilməlidirlər ki, Hərtərəfli Ortaq Hərəkətlər Planı danışıqlarında İranın mövzeyi və strategiyası dəyişməzdir.

Bizim üçün önəmli olan İrana qarşı embarqoların tamamilə ləğv olunmasıdır”-deputat əlavə edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar