SON XƏBƏRLƏR

Tehranın "Azadi" stadionunda Azərbaycan bayraqları qaldırılıb

2023.05.19, 08:08
Tehranın "Azadi" stadionunda Azərbaycan bayraqları qaldırılıb

Gunaz.tv

Qeyd edək ki, 5 zədəli oyunçu ilə meydana çıxan "Traxtur" 7-1 hesabı ilə məğlub olub.

İran mediası bundan öncəki qarşılaşmada Təbriz klubunun "İstiqlal" üzərindəki qələbəsinə işarə edərək "Traxtur"un məğlubiyyətini sevinclə qarşılayıb.
Xəbər İran mediasında  "Traxtur"dan qısas alındı" kimi başlıqlarla yayılıb.

Xatırladaq ki, hazırda Tehranın "Perspolis" klubu 66 xalla turnir cədvəlində birinci, İsfahanın "Sepahan" klubu 65 xalla ikinci, Tehranın "İstiqlal" klubu 62 balla üçüncü yeri tutur.

Təbrizin "Traxtur" klubu isə 52 xalla dördüncü pillədədir.

Güney Azərbaycan klubunun "İstiqal"la oyuna 5 zədəli oyunçu ilə çıxması müzakirələrə səbəb olub.

Məğlubiyyətə baxmayaraq "Traxtur" azakeşləri sevimli klublarına möhətşəm dəsətk ifadə ediblər. Onlar "Azadi" satdionunda Azərbaycan ab-havası yaradıblar. Stadionda Azərbaycan bayraqları qaldırıb, milli şüarlar səsləndirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar