SON XƏBƏRLƏR

20 may Berlin yürüşünə hazırlıqlar davam edir

2023.05.19, 09:53
20 may Berlin yürüşünə hazırlıqlar davam edir

Gunaz.tv

Bununla bağlı təşkilatçılar onlayn müzakirələr aparır, yürüşün daha səmərəli keçməsi üçün fikir mübadiləsi edirlər.

2023-cü ildə güneylilərin Brüsseldə sonra Avropada keçirilməsini planlaşdırdıqları Berlin yürüşü daha çox 22 may (1 xordad) qiyamının 17-ci ildönümü ilə bağlıdır.   

Əsas şüarın "Azadlıq, Ədalət, Milli hökumət" olduğu yürüşdə "Azərbaycan və türk düşmənçiliyinə yox", "dövlət terroruna yox", "yoxsusluq və işsizliyə yox", "qadınlar üçün icbari geyimə yox", "diktatorluğa yox" və başqa şüarların səsləndirilməsi nəzərdə tutulub.

Vaxt: 20 may 2023-cü il yerli vaxtla saat 14:00

- Toplanma və başlanqıc yeri:
‏Unter Der Linden - Staatsbibliothek

- Hərəkət istiqaməti və mitinq meydanı:
‏Pariser Platez - Brandenburger Tor

Nümayiş Avropa vaxtı ilə saat 14:45-dən 16:45-dək Brandenburger qapısının (Brandenburger Tor) qarşısında davam edəcək.

"Azadlıq, Ədalət, Milli hökumət" tələbi ilə mitinqə sən də dəstək ver.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar