SON XƏBƏRLƏR

İran həbsxanalarında 18 məhkum edam edildi

2023.05.19, 11:31
İran həbsxanalarında 18 məhkum edam edildi

Gunaz.tv

Bu barədə məlumat yayan insan haqları təşkilatları son həftələr İranda yeni edam dalğasının başlamasından narahatlıqlarını bildiriblər.

Edam edilənlər arasında İsfahan şəhərinin Dəstgerd həbsxanasında saxlanılan 3 etirazçının da adı var.

Ötən il İranda baş verən etiraz aksiyalarında həbs edilən və bir polis əməkdaşının qtlində günahlandırılan Məcid Kazimi, Səid Yəqubi və Saleh Mirhaşimi adlı məhkumlar mayın 19-u səhər saatlarında edam ediliblər.

Onlar məhkəmədə barələrində irəli sürülən ittihamı rədd edib və istintaq dövrü işgəncə edilərək saxta etiraf verməyə məcbur edildiklərini bildirmişdilər.

Beynəlxalq Əfv Təşkilatı iki gün əvvəl adı çəkilən məhkumların edamı barədə barədə xəbərdarlıq bəyanatı yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırmışdı.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar