SON XƏBƏRLƏR

G7 Qrupu İranın nüvə fəaliyyətinə qarşı çıxdı

2023.05.20, 15:07
G7 Qrupu İranın nüvə fəaliyyətinə qarşı çıxdı

Gunaz.tv

Bəyanatda G7 Qrupunun əzmlə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışdığı vurğulanır. 

“Biz İranın sabitliyi pozmağa yönəlik siyasətindən, o cümlədən başqa ölkələrə raket və PUA satmasından ciddi narahatıq”-bəyanatda belə deyilir.

G7 Qrupunun yekun bəyanatı may ayının 21-i nəşr olunacağı gözlənilir. 

Qeyd edək ki, İran öz nüvə proqramının sülh məqsədli olduğunu iddia edir.

Lakin Beynəlxalq Nüvə Agentliyinin İranın nüvə təsisatlarına baxış zamanı topladığı faktlar bu iddianın əksini sübut edir. 

Dünya gücləri İrana enerji təmin məqsədi ilə lazım qədər uranın zənginləşdirilməsinə icazə verir. 

Lakin bu ölkə icazə verilmiş həddi aşaraq nüvə silahını istehsal etməyə yetərli olan miqdarda uran zənginləşdirir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar