SON XƏBƏRLƏR

"Bəndlər açılsın, Urmu gölü dirilsin”-Urmuda etiraz aksiyası keçirilib

2023.05.20, 15:59
"Bəndlər açılsın, Urmu gölü dirilsin”-Urmuda etiraz aksiyası keçirilib

Gunaz.tv

Urmuda baş tutan aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirib.

Fəallar üzərində “Urmu gölü bərpa olununmalıdır” şüarı yazılmış baner qaldırıb.

Banerdə həmçinin “su anbarları gölə açılmalıdır”, "göl tam quruyarsa bölgədə 15 milyon insanın həyatı təhlükə altına düşəcək", "sədlər gərək açılsın, Urmu gölü dirilsin” şüarı qeyd olunub. 

Qeyd edək ki, İran hakimiyyəti sürətlə qurumaqda olan Urmu gölünün bərpası ilə bağlı konkret addımlar atmır.

Bir neçə ay öncə İran məclisinin deputatı Məhəmməd Baqiri Bənayi gölün vəziyyətinin ağır olduğunu bildirib.

"Hazırda Urmu gölünün hövzəsində bir neçə su anbarı tikilir. Başa çatdıqdan sonra Urmu gölünün fatihəsi oxunmalıdır”-deyə, o, bildirib.

Deputat deyib ki, Urmu gölünün bərpası qərargahının ötən iqtidarlar vaxtında gördüyü tədbirlər hazırkı hakimiyyət tərəfindən davam etdirilmir:

“Urmu gölü bölgəsinin vəziyyəti istər ətraf mühit, istəsə də humanitar baxımdan kritikdir”-deyə Bənayi vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar