SON XƏBƏRLƏR

G7 ölkələri İranın nüvə proqramından və regional rolundan narahatdır

2023.05.21, 09:31
G7 ölkələri İranın nüvə proqramından və regional rolundan narahatdır

Gunaz.tv

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, G7 ölkələrinin rəhbərlərinin birgə bəyanatında İranın nüvə proqramı və regional rolu ilə bağlı narahatlıq ifadə edilir. Əsas məqam isə İranın nüvə proqramı ətrafında gərginliyin durmadan artmasıdır.

Problemə məhz bu prizmadan yanaşan Böyük yeddilik ölkələri İranın nüvə silahı əldə etməsinə icazə verməməkdə qərarlıdırlar.

“Biz İranın sabitliyi pozan fəaliyyətlərinin, o cümlədən dövlət və qeyri-dövlət subyektlərinə raketlər, pilotsuz təyyarələr və əlaqəli texnologiyaların göndərilməsinin davam etməsindən dərin narahatlığımızı bildiririk” - bəyanatda vurğulanır.

Həmçinin, Ağ Evin yaydığı bəyanatda bildirilir ki, G7 ölkələrinin liderləri nüvə silahı olmayan dövlətləri Rusiya, İran, Çin və Şimali Koreyanı nüvə gərginliyini artırması və kütləvi qırğın silahlarının yayılması siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırıblar.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar