SON XƏBƏRLƏR

İran-Pakistan sərhədində silahlı toqquşma-6 İran sərhədçisi öldürülüb

2023.05.21, 17:33
İran-Pakistan sərhədində silahlı toqquşma-6 İran sərhədçisi öldürülüb

Gunaz.tv

Bu barədə İran polis qüvvələrinin komandiri Əhmədrza Radan məlumat verib.

Öldürülənlərin Məhəmməd Camalzadə,Yunis Seyfinəjad, Nasir Heydəri adlı sıravi əsgərlər, Hüseyn Badaməki, Əli Qəni Batədbir və Rza Borci adlı çavuşlar olduğu bildirilir.

İran polis qüvvələrinin komandiri hücumun kimlər tərəfindən edildiyi barədə əlavə açıqlama vermədən onların "silahlı quldurlar" olduğunu deyib.

İranın bir sıra rəsmi media orqanları isə hadisənin mayın 20-i gecə saatlarında baş verdiyini və sərhədçilərin ölkəyə girməyə çalışan silahlı qruplaşma üzvləri tərəfindən öldürüldüklərini yazıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar