SON XƏBƏRLƏR

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

2023.05.22, 12:37
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Gunaz.tv

“Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin bu gün keçiriləcək toplantısında İrana qarşı yeni sanksiyalar barədə qərar veriləcək”- deyə Annalena Berbok bildirib.

 “SEPAH-ın üzvlərindən bir çoxu sanksiyalar siyahısına daxil edilcəcək. Bu sanksiya paketi isə bizim İran millətinin yanında olduğumuzu sübut edir”-deyə vurğulayıb.

Berbok İranda insan haqlarının pozulduğunu vurğulayıb: “İranda qadın hüquqlarının hicaba görə pozulması və şagirdlərin zəhərlənməsi dözüləsi hal deyil”.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət üzrə müdiri Cozep Borel də həmin iclasda İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını təsdiqləyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar