SON XƏBƏRLƏR

İran Zaqros dağlarında gizli nüvə təsisatı yaradır-İddia

2023.05.23, 12:18
İran Zaqros dağlarında gizli nüvə təsisatı yaradır-İddia

Gunaz.tv

"Təsisat çox dərinlikdə yerləşir, bu üzdən onun dağıdılması Amerikanın ən müasir dizayn edilmiş silahları vasitəsi ilə belə mümkün deyil”-yazıda bildirilir.

Qeyd edək ki, bu məlumatlar ekspertlərin  analizinə və agentliyin əldə etdiyi peyk görüntülərinə istinadən açıqlanıb.

“BBC-nin Yer kürəsi" televiziya kanalının görüntü və videolarına əsasən demək mümkündür ki, İran Nətənz Nüvə Təsisatına yaxın dağın altında tunel qazır”-deyə hesabatda bildirilir.

Qeyd edək ki, Tehran ilə Qərb ölkələri arasında əvvəlki danışıqların nəticəsiz qaldığı bir vaxtda "Nətənz" Nüvə Təsisatı dəfələrlə məhvetmə əməliyyatlrına məruz qalan təsisatdır.

Bu yeni layihə Tehranın cənubundan təxminən 225 kilometr məsafədə icra olunur.

Ekspertlərin fikrincə, Amerikanın ən müasir bombaları yerin 60 metr dərinliyinədək keçə bilir. 

Lakin həmin təsisatdan torpaqçıxarma həcmi göstərir ki, müəssisə yerin 80-100 metirliyi dərinliyində olacaq.

“Dağın ətəklərinin şərqində və qərbində 2 tünel olaraq 4 tünel qazılıb”-Agentlik Nüvə Silahlarının Qarşısının Alınması Təşkilatının Ceymz Martin adına Araşdırmalar Mərkəzinin analiz etdiyi görüntülərə bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar