SON XƏBƏRLƏR

Zəlzələ Sarabda ciddi dağıntılar yaradıb

2023.05.23, 13:13
Zəlzələ Sarabda ciddi dağıntılar yaradıb

Gunaz.tv

Bu barədə əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmd Baqir Hünərbər açıqlama verib.

Onun sözlərinə görə, Sarab və Miyana şəhərlərinin 18 kəndində dağıntılar baş verib, 17 nəfər yaralanıb.

Hünərbər 3 evin tamamilə dağıldığını, onlarla evin isə 30-50% arası xəsarət aldığını söyləyib.

Qeyd edək ki, mayın 22-i yerli vaxtla axşam saat 21:36 dəqiqədə Sarabda 4.9 bal gücündə yeraltı təkan qeydə alınıb.

İran mediası eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində də 5.9 bal gücündə zəlzələ olduğunu yazsa da, bu İran Seysmoloji Mərkəzi tərəfindən təsdiq edilməyib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar