SON XƏBƏRLƏR

İranda üç məhkum edam edildi

2023.05.25, 17:00
İranda üç məhkum edam edildi

Gunaz.tv

Bu barədə məlumat verən insan haqları təşkilatları Mehdi Saları və Məhəmməd Darayi adlı məhkumların narkotk maddələrin alverində günahlandırıldıqları üçün Ciroft şəhərinin həbsxanasında edam edildiklərini yazıblar.

Bununla yanaşı Urmu həbsxanasında da 40 yaşlı Əli Pirinin adam öldürmək ittihamına görə dar ağacından asılaraq edam edildiyi bildirilib.

Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 123 nəfər, 2023-cü ilin əvvəlindən bu günə kimi isə 300 nəfərdən çox məhkum edam edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar