SON XƏBƏRLƏR

Ukrayna ordusu 36 İran PUA-sını məhv edib

2023.05.26, 09:34
Ukrayna ordusu 36 İran PUA-sını məhv edib

Gunaz.tv

Ukrayna şəhərlərinə hücumlarda daha çox istifadə edilən “Shahed” pilotsuz uçuş aparatlarıdır.

Lakin Ukraynanın hava hücumunda müdafiə qüvvələri İran dronlarını "ovlamaqda" davam edir.  

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada həmçinin qarşı tərəfin 1 “Su-25” təyyarəsi vurulub.

“Bundan başqa düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib”, - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ayxan

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar