SON XƏBƏRLƏR

"İranın raket sınaqları dünya üçün təhlükəlidir"-Ağ Evin sözçüsü

2023.05.26, 11:41
"İranın raket sınaqları dünya üçün təhlükəlidir"-Ağ Evin sözçüsü

Gunaz.tv

Miller bu sözləri may ayının 25-i keçirdiyi mətbuat konfransında deyib.

“İran BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olaraq ballistik raketlərini inkişaf etdirmək üçün texnologiyaları xarici ölkələrdən əldə edir”-deyə, Miller bildirib.

Amerikanın Nümayəndələr Palatasının respublikaçı üzvü Mişel Makkaul da İranın yeni raket sınağına toxunub.

“İran BMT-nin tətbiq etdiyi məhdudiyyətləri pozmaqla öz qorxunc raket arsenalını inkişaf etdirir”.

Fransanın Xarici İşlər Nazirliyi də İranın yeni ballistik raket sınağını qınayan bəyanat yayıb.

“İranın bu sınağı BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qərara aldığı 2231 saylı qətnaməsinin pozulmasıdır. Bu fəaliyyətlər, İran öz nüvə proqramını gücləndirib davam etdirdiyi bir şəraitdə daha da təhlükəlidir”-deyə, nazirlik bildirib.

Xatırladaq ki, İranın Müdafiə Nazirliyi may ayının 25-i “Xeybər” adlandırılan uzaq mənzilli ballistik raketlər seriyasından olan “Xürrəmşəhr-4”-ü sınaqdan keçirib.

Raket 2000 kilometr qət edir, həmçinin Yerin atmosferi xarıcindən nəzarət oluna və yönəldilə bilir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar