SON XƏBƏRLƏR

Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır

2023.05.27, 20:13
Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır

Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb. Bununla bağlı sosial mediada paylaşım edən sürücülər, ödənişlər qarşılığında yolun normal keyfiyyətə malik olmadığını bildiriblər.

Gunaz.tv

Onlar xüsusilə Gəmiçi və Saray kəndləri bölgəsində magistral yolun dar və asfalt örtüyünün bərbad gündə olduğunu yazaraq, əlaqədar qurumların vətəndaşları aldatdıqlarından narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Urmu gölünün ortasından keçən Urmiya-Təbriz avtomobil yolunun salınması üçün gölə tökülən daş və torpaq, Urmu gölünün iki hissəyə bölünməsinə səbəb olub.

Bu,  Gölün şimal və cənub hissəsi arasında su axınının cərəyanının pozulmasına, ekosistemin məhv edilməsi və gölün qurumasına səbəb olan amillərdən biridir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar