SON XƏBƏRLƏR

Onlarla xanım tələbənin Tehran Universitetinə girişi qadağan edildi

2023.05.29, 12:15
Onlarla xanım tələbənin Tehran Universitetinə girişi qadağan edildi

İranda etirazçı tələbələrə təzyiqlər davam edir. Tehran İncəsənət Universitetinin ən azı 40 xanım tələbənin ali mətkəbə girişi qadağan edilib.

Gunaz.tv

Bu barədə İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı bəyanatda deyilir. 

Məlumata görə, Tehran Universitetinin evli tələbələr üçün nəzərdə tutulan yataqxanasında yaşayan 20 tələbənin də bir semestr müddətinə təhsili dayandırılıb.

Bəyanatda tələbələrə qarşı təzyiqlərin daha da gücləndiyi, onların təhsil hüquqlarının pozulması ilə bağlı hallarının artdığı qeyd edilib.

Məlumata görə, təhsildən uzaqlaşdırılan tələbələrə qarşı "Universitet işlərində qarışıqlıq və pozuntu yaratmaq" kimi saxta ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar