SON XƏBƏRLƏR

Güneyli milli fəal Davud Şiri Təbriz zindanına aparılıb

2023.05.30, 11:39
Güneyli milli fəal Davud Şiri Təbriz zindanına aparılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Davud Şiri Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə məlumat verən fəalın yaxınları onun mayın 30-u səhər saatlarında həbsxanaya aparıldığını bildiriblər.

Davud Şiri bir neçə başqa milli fəalla birlikdə mayın 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

12 gün təhlükəsizlik idarəsinin təcridxanasında dindirilən Şirinin nədə günahlandırıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar