SON XƏBƏRLƏR

İranda beş məhkum edam edilib

2023.06.02, 15:36
İranda beş məhkum edam edilib

İyunun 1-də İranda daha 5 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Gunaz.tv

Məlumatda edam hökmlərinin Şiraz, İsfahan və Kaşan şəhərlərinin həbsxanalarında icra edildiyi bildirilib.

Təşkilat bildirib ki, edam edilənlərin hamısı narkotik maddələrin alverində ittiham edilir.

Qeyd edək ki, İranda son bir ay ərzində 142 nəfərdən çox məhkum edam olunub.

Məlumata görə, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin eyni dövrü ilə müqayisədə 76 % artıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar