SON XƏBƏRLƏR

Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb

2023.06.03, 11:26
Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb

Güney Azərbaycanlı müəllim, milli fəal İsmayıl Xudayariyə təzyiqlər başlanıb. Bu barədə insan haqları fəalları məlumat veriblər.

Gunaz.tv

Məlumata görə, Güney Azərbaycanın Qəzvin əyalətinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci istintaq şöbəsi çağırılıb.

Ona göndərilən çağırışda 5 gün ərzində prokurorluğun qeyd oluna bölməsinə getməsi istənilib.

Xudayari "gizli sənədləri mediada yaymaq"da ittiham edilir. Bununla bağlı ona istintaqa cavab verməli olduğu bildirilib.

Bundan əvvəl fevral ayının sonlarında İnzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycalı müəllimə qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb və onun müəllimlik fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək i, İsmayıl Xudayari 16 oktyabr 2022-ci ildə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad olunub.

Güneyli müəllim bundan öncə ictimai fəaliyyətlərinə görə, müdiri olduğu başqa bir məktəbdən qovulmuşdu.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar