SON XƏBƏRLƏR

İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir

2023.06.03, 15:28
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir

İranda bəhailərə təzyiqlər davam edir. İranın Təhlükəszlik Nazirliyi (ETTELAAT) ölkənin bəhai yəhudi icmasının yas mərasimi keçirməsinə icazə verməyib.

Gunaz.tv

İnsan Haqları Müdafiəçiləri Qurumu iyunun 2-i bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ETTELAAT məmurlarının  bəhailərə icmasına basqıları güclənib.

Beləki, onların Tehran şəhərində vəfat etmiş qohumlarının məzarı başında toplaşmalarına icazə verilməyib.

Nəticədə onlar qəbristanlığın bağlı qapıları arxasında yığışmalı və orada dua etməli olub.

Bəyanatda həmçinin bildirilir ki, vəfat etmiş  bəhai ailəsinin razılığı alınmadan və onlara məlumat verilmədən hökumət tərəfindən dəfn edilib. 

Qeyd edək ki, İran hökuməti Tehranın  bəhailərə məxsus “Gülüstan Cavid” qəbristanlığında  bəhailərin dəfninə icazə vermir. 

 Bəhailərin ölüləri ailələrinə məlumat verilmədən "Xavəran" qəbristanlığında basdırılır. 

Xatırladaq ki, "Xavəran" qəbristanlığında 80-cı illərdə edam olunmuş yüzlərlə siyasi müxalif dəfn edilib. 

Hökumət  bəhailəri "Xavəran"da dəfn etməklə həm bu icmaya təzyiq edir, həm də orada dəfn olunmuş siyasilərin qəbirlərinin izini itirmək istəyir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar