SON XƏBƏRLƏR

Ana dili hərəkatının fəalı Əlirza Fərşi sürgün cəzasına qarşı çıxdı

2023.06.04, 18:06
Ana dili hərəkatının fəalı Əlirza Fərşi sürgün cəzasına qarşı çıxdı

Güney Azərbaycanda ana dili hərəkatının fəalı və keçmiş siyasi məhbus Əlirza Fərşi barəsində çıxarılan iki illik sürgün cəzasına tabe olmayacağını bildirib.

Gunaz.tv

O, bununla bağlı özünün sosial media hesabında paylaşım edib.

Əlirza Fərşi bildirib ki, Əl-Əhvaz (Xuzistan) əyalətinin Bağməlik bölgəsinə geri qayıtmayacaq.

Fərşi haqsızlığa məruz qaldığını, sürgün cəzasına səbəb olacaq heç bir cinayət törətmədiyini və Azərbaycan türklərinin milli kimliyi əleyhinə olan şəxslərin əsassız və qərəzli rəyləri nəticəsində cəzalandırıldığını vurğulayıb.

Qeyd edək ki, ana dili hərəkatının fəalı Əlirza Fərşi həbs cəzasından sonra iki illik sürgün cəzasını yaşamaq üçün mayın 22-də Xuzistan əyalətinin Bağməlik şəhərinə göndərilib.

Fəal sürgün yerinə getdikdən sonra 20 günlük məzuniyyətə buraxılıb və yaşadığı yerə geri qayıdıb.

Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar