SON XƏBƏRLƏR

Güneyli fəal elektron qandalla sərbəst buraxıldı

2023.06.08, 13:43
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı

Güney Azərbaycanın Əhər şəhərindən olan fəal Məhəmməd Nəcəfi iyunun 7-də elektron qandalla Təbriz həbsxanasından sərbəst buraxılıb.

Gunaz.tv

Məhəmməd Nəcəfi 2019-cu ildə keçirilən etiraz aksiyalarında saxlanılmışdı.

O, "ictimai asayişi pozmaq", "dövlət əmlakını yandırmaq və dağıtmaq"da ittiham olunaraq 6 il 7 ay həbs və 74 şallaq cəzasına məhkum edilmişdi.

Nəcəfi bundan öncə 2015-ci ildə də, "Traxtur" klubu ilə Məşhədin "Siyahcameqan" klubunun arasında keçirilən futbol oyununda milli şüarlar səsləndirdiyi üçün saxlanılaraq 6 ay həbs cəzası çəkib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar