SON XƏBƏRLƏR

Zahidanda bəluç fəallar həbs edildi

2023.06.10, 11:46
Zahidanda bəluç fəallar həbs edildi

İyunun 9-da İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində keçirilən etiraz aksiyasından sonra 4 bəluç fəal təhlüksizlik məmurları tərəfindən həbs edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan Bəluç Fəallarının Kampaniyası fəalların ağır şəkildə döyülərək həbs edildiklərini bildirib.

Abdulla Xərvət, İbrahim Gərgic, Hamid Rigi və Səid Kərgic adlı etnik bəluçların hara aparıldıqları barədə məlumat verilməyib.

Qeyd edək i, iyunun 9-u günortda saatlarında cümə namazından sonra Zahidanda hökumətə qarşı etiraz nümayişləri keçirilib.

Həbsxanalarda artan edam cəzalarına etiraz edən aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirib.

İranda azadlıq və demokratiyaya nail olmağın xalqların birgə mübarizəsi nəticəsdində mümkün olacağını bildirən plakartlar qaldırıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar