SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda əməliyyat: vəzifəli şəxslər qandallandı

2023.06.11, 10:59
Şərqi Azərbaycanda əməliyyat: vəzifəli şəxslər qandallandı

Şərqi Azərbaycanın yeni salınmış Səhənd şəhərində bələdiyyə məmurları və Şəhər Şurasının üzvləri həbs edilib.

Gunaz.tv

Bu barədə Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğu məlumat yayıb.

Məlumatda saxlanılanların kimliyi və sayı barədə açıqlama verilməyib.
Lakin onların korrupsiya, mənimsə və vəzifə səlahiyyətlərindən su-istifadədə ittiham olunduğu bildirilir.

Həbs əməliyyatının Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən keçirildiyi və Səhənd Şəhər Şurasının ofisinin bağlandığı qeyd edilib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

İran ötən illə müqayisədə bu ilki siyahıda üç pillə geriləyib.

İran hətta Uqanda, Mozambik, Madaqaskar, Liberiya, Kamerun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar