SON XƏBƏRLƏR

İranda içməli su qıtlığı yaranıb:iri şəhərlərdə saatlarla su olmayıb

2023.06.12, 11:25
İranda içməli su qıtlığı yaranıb:iri şəhərlərdə saatlarla su olmayıb

İranda və Tehran şəhərinin mərkəzi, qərb və şimal bölgələrində içməli su qıtlığı yaranıb.

Gunaz.tv

Kərəci İran parlamentində təmsil edən nümayəndə Mehdi Əsgəri bildirib ki, şəhərin bəzi məhəllərində 10-20 saat su kəsintisi olub.

“İntixab” xəbər portalının məlumatına görə, Tehran şəhərinin 5-ci rayonu, Səttarxan, Şəhrara və Qülhək məhəllələrində bir neçə saat su kəsilib.

Həmçinin Məşhəd şəhərində, o cümlədən Hərəmin çevrəsi və şəhərin Haşiminihad rayonunda 12 saat su olmayıb.

“İntixab” bildirib ki, suyun verilməsi Su Təşkilatının əvvəlcədən heç bir xəbərdarlıq etməmsi ilə dayandırılıb.

Ölkənin bəzi bölgələrində içməli qıtlığının yaranması İrandan içməli suyun ixrac olunduğuna dair iddiaları artırıb.

“Ötən il Rusiyaya 6-7 milyon dollar olmaqla təxminən 10 milyon dollar dəyərində su ixracatı olunub"-Bunu Mineral Su İxracatçıları Cəmiyyətinin katibi Peyman Furuhər deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar