SON XƏBƏRLƏR

Əkbər Azad sürgün edildi

2023.06.12, 11:25
Əkbər Azad sürgün edildi

Tehranda yaşayan güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib.

Gunaz.tv

Bu barədə fəal özünün sosial media hesabında paylaşım edib.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azad Tehran məhkəməsi türk fəallara həbs və sürgün cəzası verib.

2021-ci ilin avqustunda məhkəmənin çağırışından sonra Azad Baharistan şəhərinin hökmlərin icra şöbəsinə müraciət etdikdən sonra orada həbs edilərək, 2 il həbs cəzası çəkmək üçün Böyük Tehran Həbsxanasına köçürülüb.

Lakin bir müddət sonra fiziki durumu, xəstəlikləri və yaşlılığına görə həbs şəraitində yaşaya bilmədiyi üçün təqribən iki həftə sonra mülki zəmanət qarşılığında sərbəst buraxıldı.

Məhkəmə İranda türk dil hüquqlarını müdafiəçisi olan bu fəalı ölkənin cənub-qərbində yerləşən İlam əyalətinin Dərəşəhər şəhərinə 2 illik sürgünə məhkum edib.

Məhkəmə artıq Əlirza Fərşi və Behnam Şeyxi də daxil olmaqla, azərbaycanlı dil hüquq müdafiəçilərinin sürgün qərarlarını icra edib.

Bu fəallar 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində dinc şəkildə Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar