SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd İlati prokurorluğa çağırılıb

2023.06.12, 14:14
Milli fəal Məhəmməd İlati prokurorluğa çağırılıb

Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərindən olan milli fəal Məhəmməd İlati prokurorluğa çağırılıb. Bu barədə fəalın yaxınları məlumat yayıb.

Gunaz.tv

Məhəmməd İlati məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən, bu gün iyunun 12-si saat 10:15-də “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə Əcəbşer şəhər İnqilab Məhkəməsində olmalıdır. 

Bundan öncə aprelin 5-də Məhəmməd İlati Əcəbşer şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb və sabahı gün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq idarəyə aparılıb.

Orada fəaldan türkcə kitablar, təqvimlər paylanılması və başqa mədəni və milli fəaliyyətlərlə bağlı sorğu-sual edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar