SON XƏBƏRLƏR

İran Rusiyaya verdiyi PUA-ları Çin ehtiyat hissələri ilə yığıb

2023.06.13, 12:15
İran Rusiyaya verdiyi PUA-ları Çin ehtiyat hissələri ilə yığıb

“Çin ehtiyat hissələrini təmin etməklə İran PUA-larının Rusiyaya göndərilməsini sürətləndirir”- Bu iddia ilə "The Wall Strit Jurnal" çıxış edib.

Gunaz.tv

Jurnal yazdığına görə, Çindən göndərilən ehtiyat hissələri İranda PUA-lara çevrilir.

Qeyd olunub ki, Çin ehtiyat hissələrinin istehsalı və İrana göndərilməsi bir qrup tədqiqatçı tərəfindən deşifrə edilib. 

Bəlli olub ki, bu proses PUA-ların Rusiyaya təhvil verilməsi və Ukrayna müharibəsində istifadə olunması da daxil cəmi 3 ay vaxt aparır.

Nəticədə Rusiyanın PUA-larla təmini sürətlənir.

Bu məlumat İranın Ukrayna tərəfindən vurulmuş bir PUA üzrə tədqiqat nəticəsində əldə olunub. 

Sübut olunub ki, Amerikanın sanksiyalarına baxmayaraq Çin istehsalı olan ehtiyat hissələr hələ də İrana göndərilir.

Britaniyada yerləşən və dünya üzrə silah təminini izləyən “Konfilikt Armament Tədqiqat Qrupu” həmin aşkarlanmış ehtiyat hissəsinin 2023-cü ildə istehsal olunduğunu bildirib.

Araşdırmaya əsasən Çin ehtiyat hissələri yanvar ayında istehsal olunub, İranda quraşdırılandan sonra Rusiyaya göndərilib, aprel ayında isə Ukraynaya qarşı istifadə olunub. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar