SON XƏBƏRLƏR

Ermənistanın ekoloji cinayəti Ərdəbildə xənçəngin yayılmasına səbəb olub

2023.06.14, 11:53
Ermənistanın ekoloji cinayəti Ərdəbildə xənçəngin yayılmasına səbəb olub

Ərdəbil mədə xərçənginə yoluxma sayına görə İranda birinci yeri tutur. Bunun səbəbi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılmasıdır.

Gunaz.tv

Bu sözləri Güney Azərbaycanın Xiyav (Meşkin) şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə deyib.

"Xarici İşlər Nazirliyinə, Ekologiya Təşkilatına və Səhiyyə Nazirliyinə müraciət etmişəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın və xalqa hesabat verilsin.

İnsanların sağlamlığını təmin etmək üçün qəti və təcili tədbirlər görməlidirlər",- millət vəkili bildirib.

O, Ərdəbil Tibb Elmləri Universitetinin verdiyi hesabata əsaslanaraq, Ərdəbilin İranda cəmiyyət sayına görə 22-ci, xərçəng xəstəliyinə yoluxma sayına görə isə birinci yerdə olduğunu qeyd edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar