SON XƏBƏRLƏR

Həbsdə olan güneyli fəal Yaşar Təbrizidən xəbər yoxdur

2023.06.15, 10:15
Həbsdə olan güneyli fəal Yaşar Təbrizidən xəbər yoxdur

İyunun 10-u axşam saatlarında Tehranda yaşayan tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Gunaz.tv

Həbsindən 5 gün keçməsinə baxmayaraq, təhlükəsizlik idarəsi, polis və məhkəmə orqanları fəalın harada saxlanıldığı, sağlıq durumu və nədə ittiham edildiyi barədə ailəsinə məlumat vermirlər.

Yaşarın yaxınları onun sağlıq durumundan nigaran olduqlarını bildiriblər.

Qeyd edək ki, Yaşar Təbrizi bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb.

O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb.

Yaşar Təbrizi yanvar ayının 8-də SEPAH-ın Ukrayna təyyarəsini vurduğu yerdə çəkdiyi, terror qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İctimai fəal və hüquq müdafiəçisi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar