SON XƏBƏRLƏR

Almaniya İrandan neft idxalı ilə bağlı iddiaları təkzib etdi

2023.06.15, 12:33
Almaniya İrandan neft idxalı ilə bağlı iddiaları təkzib etdi

İran mediasının iddiasından sonra Almaniya Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsi İrandan xam neft və neft məhsulları idxalı ilə bağlı heç bir sifariş vermədiyini açıqlayıb.

Gunaz.tv

Qurumun açıqlamasında 70 min ton xam neft və neft məhsullarının İrandan deyil Meksikadan alındığı bildirlib.

"Biz Avropa İnformasiya və Statistika İnstitutunun (Eurostat) öz məlumatlarını düzəltməsini gözləyirik",-  Almaniya Federal İqtisadiyyat və İxrac Nəzarəti İdarəsi yanlış informasiyanın düzəldilməsini tələb edib.

Bununla yanaşı Almaniya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq ölkənin İrandan heç bir neft və neft məhsulu almadığını vurğulayıb.

Bu xəbər Almaniya Federal Statistika İdarəsinin hesabatına əsasən, Tehran və Berlin arasında ticarət mübadiləsinin həcmi əhəmiyyətli dərəcədə azaldığı bir vaxtda dərc edilib.

Almaniya Federal Statistika İdarəsinin son hesabatında 2023-cü ilin aprelində ölkənin İrana ixracı ötən ilin aprel ayı ilə müqayisədə 28% azalıb.

Qeyd edək ki, İranın dövlət mediası daxili təbliğat üçün Almaniyanın İrandan neft və neft məhsulları aldığı barədə informasiyalar yayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar