SON XƏBƏRLƏR

Güney Azərbaycanda təbii fəlakət- Ölənlər var

2023.06.15, 13:35
Güney Azərbaycanda təbii fəlakət- Ölənlər var

Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində təbii fəlakət baş verib.

Gunaz.tv

İyunun 14-ü axşam saatlarında güclü yağışdan sonra meydana gələn sel nəticəsində biri 4, biri 8 yaşlı qız, biri isə 6 yaşlı oğlan olmaqla 5 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Qəvidel həyatını itirənlərin Biləsuvar və Germi mahallarının Məscidli, Hac Əhmədkəndi və Paraqışlaq kəndlərindən olduqlarını deyib.

O, mediaya verdiyi açıqlamada bölgə əhalisinə ciddi ziyan dəydiyini bildirib.

Bununla yanaşı bölgə əhalisinə külli miqdarda xəsarət dəyib, yüzlərlə mal-heyvan tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.

Hazırda germi-Biləsuvar yolu bağlanıb, nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün adı çəkilən bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar