SON XƏBƏRLƏR

İranda oğurluq halları kəskin atrıb

2023.06.15, 15:10
İranda oğurluq halları kəskin atrıb

İranın Statistika Mərkəzinin hesabatına əsasən İranda oğurluq halları ciddi şəkildə artıb.

Gunaz.tv

Belə ki, ölkədə əsas cinayət kateqoriyasıda narkotik maddədən istifadəsi cinayəti birinci  oğurluq isə ikinci yerdə qərarlaşır.

Oğurluq əsasən cibəgirmə, kanalizasiya qapaqlarının, piyada keçidi körpülərinin metal dayaqları, elektrik kabellərinin oğurlanması sahəsində olunur.

Lakin qızıl satışı obyektlərini talama, Milli Bankda soyğunçuluq və bu kimi oğurluqlar da edilir. 

Saxlanılan oğrular səbəb kimi maliyyyə problemləri göstərirlər. 

Ekspertlər isə bildirir ki, oğurluq cəmiyyətdə artan iqtisadi böhranla birbaşa əlaqədardır. 

İqtisadi böhran, məişət problemləri, inflyasiya, boşanma, işsizlik, ailə problemləri də insanların oğurluğa yönəlməsində rol oynayır. 

Mərkəz bildirib ki, statistikada oğurluq halları ötən 5 ildə ciddi şəkildə arıb. 

“Oğurluq ötən 10 ildə artaraq kəskin maliyyə təhlükəsinə gətirib çıxarıb. Oğurluq insana çevrədən maliyyə təzyiqlərinin nəticəsidir”-bunu kriminalist ekspert Məhmməd Cəfər Said bildirib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar