SON XƏBƏRLƏR

"Niyə kişilər kimi işləməliyik?"- İranın birinci xanımından qəribə açıqlama

2023.06.15, 15:55
"Niyə kişilər kimi işləməliyik?"- İranın birinci xanımından qəribə açıqlama

"Qadınların dərs oxuması və kişilər kimi işləməsi əslində onlara qarşı zorakılıqdır”. Bunu İranın birinci xanımı Cəmilə Elmülhüda Venesuelanın dövlət televiziyasına müsahibəsində deyib.

Gunaz.tv

Qeyd edək ki, Cəmilə Elmülhüda İran prezidenti İbrahim Rəisini Latın Amerikasına səfərdə müşayiət edir.

O, Venesuelanın paytaxtı Karkas şəhərində ölkənin rəsmi “TELASUR” kanalına müsahibə verib.

“Qadınların ancaq xanım kimi qalmalarını istəyirik. Biz niyə kişilər kimi olmalıyıq ki?

Niyə kişilər kimi dərs oxumalı, işləməli və yaşamalıyıq? Bunlar qadınlara zorakılıqdır”-deyə, İranın birinci xanımı bildirib.

Digər fars şovinistləri kimi “Böyük Persiya” cəfəngiyyatına inananlardan biri olan birinci xanım: “Biz 15 min illik sivilizasiyaya malik olmuşuq. Lakin Amerikanın tarixi bizim universitetlərimizin həyətindəki ağaclarının sayından da azdır. 

Ona görə də amerikalılara lağ edib gülürük"-Rəisinin xanımı belə deyib.

Qəribədir ki, birinci xanımın iddia etdiyi “15 min illik sivilizasiyayay sahib olan" İran ən adi qadın hüquqlarını belə tanımır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar