SON XƏBƏRLƏR

İranda dərman qıtlığı şiddətləndi-Etiraz aksiyaları keçirildi

2023.06.15, 16:16
İranda dərman qıtlığı şiddətləndi-Etiraz aksiyaları keçirildi

Ölkədə dərman qıtlığı pik həddə çatıb. Qida və Dərman Təşkilatı dərmanların istehsalı üçün lazım olan xammal təminatında çətinlik çəkir.

Gunaz.tv

Bu barədə İranın Qida və Dərman Təşkilatının rəhbəri Seyid Heydər Məhəmmədi açıqlama verib.

Cari ildə İranda dərman təminatı üçün təklif olunan məbləğ 105 trilyon tümən olsa da, hökumət buna 65 trilyon tümən ayırıb.

Bir qrup hemofiliyalı xəstə ailələri Tehranda Qida və Dərman Təşkilatının inzibati binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar xəstələrə lazım olan həyati vacib dərmanları əldə edə bilmədiklərini, nadir hallarda qara bazarda tapılan dərmanların isə həddindən baha olduğunu deyiblər.

İran Hemofiliya Mərkəzinin Baş Assambleyasının üzvü Əhməd Qəvidel bununla bağlı mediaya açıqlamada etirazçıların xəstələrinin ağır vəziyyətdə olduğunu söyləyib.

"Onlar övladları və yaxın ailə üzvlərinin həyatının məhv olmasına görə etiraz edirlər.

Sığorta şirkətləri bu dərmanların qiymətinin baha olduğu üçün xəstələrə paylanması prosesində üzərinə düşən əsuliyyəti yerinə yetirmir",- Qəvidel bildirib.

Qeyd edək ki, hazırda İranda yüzlərlə adda dərman tapılmadığı halda İran hökumətinin Rusiyaya vacib dərmanları ixrac etməsi etirazlara səbəb olub.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar