SON XƏBƏRLƏR

İranda daha bir sünni imamın həcc ziyarətinə qadağa qoyuldu

2023.06.16, 09:41
İranda daha bir sünni imamın həcc ziyarətinə qadağa qoyuldu

İranda sünni din xadimlərinə qarşı təzyiqlər davam edir.

Gunaz.tv

Sistan və Bəlucistan əyalətinin Bəhrə şəhərinin sünni məzhəbli cümə imamı Molana Məhəmməd Təyyib Mollazehinin həc ziyarətinə getməsinə icazə verilməyib.

Bu barədə cümə imamının yaxınları sosial mediada məlumat yayıblar.

Onların yazdığına görə, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) din xadiminin ölkədən çıxışına qadağa qoyub.

Qeyd edək ki, iki gün öncə Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmidin də pasportu əlindən alınıb və onun da həc ziyarətinə getməsinə icazə verilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar