SON XƏBƏRLƏR

İran səfiri Ermənistanı etibarlı tərəfdaş adlandırdı

2023.06.16, 11:37
İran səfiri Ermənistanı etibarlı tərəfdaş adlandırdı

İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sübhani Zəncan əyalətinin Ticarət Palatasının rəhbəri Səməd Yusifi Əsllə görüşüb. Görüşd İran-Ermənistan münasibətləri müzakirə edilib.

Gunaz.tv

Zəncan əyalətinin iqtisadi fəalları və inzibati idarəçilərinin də iştirakı ilə keçirilən görüşdə İran və Ermənistan arasında iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

"Son bir neçə ildə baş verən hadisələrə görə İran Ermənistanın üçüncü ticarət tərəfdaşına çevrilib. Aparılan sorğuya görə, İran erməni xalqı arasında ən etibarlı ölkədir",- Ticarət Palatasının sədri deyib.

İranın İrəvandakı səfiri Mehdi Sübhani də, İran və Ermənistanın bir-birlərinə qarşı böyük etimad bəslədiklərini, tarixi bağlarla bir-birlərinə bağlandıqlarını və ən etibarlı tərəfdaş, müttəfiq olduqlarını bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar