SON XƏBƏRLƏR

ABŞ 4 kəşfiyyat PUA-sını 611 milyon dollara satacaq

2023.06.17, 09:15
ABŞ 4 kəşfiyyat PUA-sını 611 milyon dollara satacaq

ABŞ administrasiyası Niderlanda dörd ədəd "MQ-9A Reaper Block 5" kəşfiyyat aparatının və müvafiq avadanlıqların satışı üçün 611 milyon dollarlıq müqavilə imzalayıb.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamenti və hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan müvafiq hökumət idarəsi məlumat yayıb.

Müqavilədə bildirilir ki, Niderland, həmçinin üç mobil yerüstü idarəetmə sistemi və digər avadanlıq ala bilər.

Müqavilənin icrası Avropada NATO müttəfiqini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək.

Azvision xəbər verir ki, saziş regiondakı əsas hərbi balansı dəyişməyəcək, lakin Niderlandın mövcud və gələcək təhdidlərə qarşı dayanmaq qabiliyyətini artıracaq.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar