SON XƏBƏRLƏR

Ağ Ev İranla hər hansı razılaşmanı rədd edib

2023.06.17, 13:15
Ağ Ev İranla hər hansı razılaşmanı rədd edib

Amerikanın dövlət katibi Antoni Bilinken İranla nüvə məsələləri və İranda amerikalı məhbuslar barədə ehtimal olunan hər hansı razılaşmanı rədd edib.

Gunaz.tv

“Bu barədə yayılmış xəbərlər doğru deyil”- o, bu sözləri Sinqapurda bu ölkənin xarici işlər naziri ilə birgə keçirdiyi toplantıdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz İranın nüvə silahına çatmasının qarşısını almaqda israrlıyıq. Lakin buna çatmağa ən yaxşı seçim diplomatiyadır. 
Heç bir variant masa üzərindən götürülməyib, heç bir razılaşma yoxdur və bu barədə xəbərlər həqiqətə uyğun deyil”-deyə, Blinken qeyd edib.

Blinken bildirib ki, İranda saxlanılan amerikalı məhbusların məsələsini bu ölkənin nüvə proqramı ilə qatışdırmaq düzgün deyil.

"Bunlar fərqli məsələlərdir. Məhbuslar barədə ardıcıl iş görülür, bunu isə İranın nüvə məsələsi ilə eyni tutmaq düzgün deyil” -deyə Blinken vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar