SON XƏBƏRLƏR

İranın iki əyalətində silahlı qarşıdurma olub- Ölənlər var

2023.06.17, 12:56
İranın iki əyalətində silahlı qarşıdurma olub- Ölənlər var

İranın Sistan və Bəluçistan və Kürdüstan əyalətlərində SEPAH qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma olub.

Gunaz.tv

Bu barədə bəyanat yayan SEPAH-ın Qüds qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi silahlı qarşıdurma nəticəsində iki SEPAH üzvünün öldürüldüyünü bildirib.

Bəyanatda Sistan və Bəluçistandakı silahlı şəxslər "quldur" adlandırılıb, onlardan ikisinin öldürüldüyü, 6 nəfərin həbs edildiyi və çox sayda silah-sursatın götürüldüyü qeyd edilib.

İyunun 16-da həmçinin Kürdüstan əyalətinin Mərivan bölgəsində də silahlı qruplaşmalara qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı bir SEPAH üzvünün öldürüldüyü deyilsə də, onun kimliyi barədə açıqlama verilməyib.

Yerli sosial media fəalları qarşıdurmanın silahlı kürd təşkilatı PJAK-la baş verdiyini yazıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar