SON XƏBƏRLƏR

İranla Misir münasibətləri bərpa edir: Razılaşma əldə olunub-İddia

2023.06.17, 14:11
İranla Misir münasibətləri bərpa edir: Razılaşma əldə olunub-İddia

İran və Misir münasibətləri bərpa etmək üçün birgə komitə yaratmaq barədə razılığa gəliblər.

Gunaz.tv

Bu barədə "Əl-Ərəbiyyə" xəbər agentliyi məlumat yayıb.

Xəbərdə daha ətraflı məlumat verilməyib və tərəflərdən heç biri bununla bağlı rəsmi açıqlama yaymayıb.

İran və Misir arasında diplomatik əlaqələr 1979-cu ildə İranın devrilmiş şahı Məhəmmədrza Pəhləviyə Qahirədə sığınacaq verilməsi və İsraillə Kemp Devid sazişinin imzalanması ilə kəsilib.

İran və Misir arasında vasitəçi kimi çıxış edən Oman sultanı Heysəm bin Tariq may ayında Qahirə və Tehrana qısamüddətli səfərlər edib.

İranın rəhbəri Əli Xamenei mayın 29-da etdiyi çıxışında Tehran və Qahirə arasında münasibətlərin normallaşmasını alqışladıqlarını açıqlayıb.

Digər tərəfdən, İran prezidenti İbrahim Rəisi bu ölkənin Xarici İşlər Nazirliyinə 40 ildən artıqdır diplomatik münasibətlərin kəsildiyi Misirlə əlaqələr qurmaq üçün lazımi tədbirlər görməyi tapşırıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar